XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 00:02

Türkiyə xüsusi təyinatlılarından Suriyada əməliyyat:terrorçular zərərsizləşdirilib

Türkiyənin xüsusi təyinatlıları Suriyanın şimalında “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına girməyə çalışan YPG-ın (PKK-nın Suriya qanadı-red) üç terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində bildirib.

“Türkiyə xüsusi təyinatlıları terrorçuların “Barış pınarı” əməliyyatı zonasına keçməsi cəhdlərinin qarşısını almağa davam edir. Əməliyyat zonasına girməyə çalışmış PKK/YPG-nin daha 3 silahlısı Türkiyə xüsusi təyinatlı dəstəsinin müvəffəqiyyətli əməliyyatının gedişatında zərərsizləşdirilib”, – Müdafiə Nazirliyinin xəbərində deyilir/Report.