XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 16:03

Yəməndə yeni hökumət üzvlərini daşıyan təyyarə aeroporta endikdən sonra partlayış olub –Ölənlər var

Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər və xəsarət alanlar var.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, partlayış hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib.

Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.

“Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib.

İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb.

Ölən və yaralananların sayının artacağı ehtimal olunur. (apa)