XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 16:14

Türkiyə Yeni il bayramında karantin rejimini sərtləşdirir –Qərar

Türkiyədə Yeni il bayramı ilə əlaqədar koronavirusun yayılmasına qarşı məhdudiyyət tədbirləri bir qədər də sərtləşdirilib.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin qərarına əsasən, 2020-ci il dekabrın 31-dən 2021-ci il yanvarın 1-i saat 10:00-dək ölkə ərazisində şəhərlərin mərkəzi, eləcə də turistk hissələrinə giriş qadağan olunacaq.

Yeni il gecəsində İstanbulun İstiqlal prospekti, Taksim meydanı kimi bölgələri bağlı olacaq.

Bundan başqa, ölkədə həftə sonları tətbiq olunan hərəkət məhdudiyyəti dekabrın 31-dən yanvarın 4-dək müddəti də əhatə edəcək.

Qeyd edək ki, bu günədək Türkiyədə 2,2 milyona yaxın şəxs koronavirusa yoluxub, 20 388 nəfər vəfat edib.