XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 13:04

İsveç onminlərlə qaçqınıdeportasiya edəcək

İsveç polisi ötən il krallığa gələn on minlərlə qaçqının deportasiyası üçün hazırlıq işlərinə başlayıb.

Yerli KİV-lərinin yaydığı məlumata görə, 9,7 milyon əhalisi olan İsveçə 2015-ci ildə bu ölkədə yaşamaq hüququ almaq istəyən təqribən 162 min şəxs gəlib. Amma əsaslı yoxlamalardan sonra onların çoxuna sığınacaq verməkdən imtina olunub. Hakimiyyət orqanları bu şəxslərin çoxunun ölkəni könüllü tərk etməyəcəklərini başa düşdüklərinə görə deportasiya işlərinə polis qüvvələrini cəlb etmək planlaşdırılır.

Polisin hesablamalarına görə, təkcə İsveçin cənub bölgələrində 15 mindən 17 minədək deportasiya olunmalı qaçqın var. Bu da ötən illə müqayisədə xeyli çoxdur. Bütün ölkə üzrə vəziyyətə tam obyektiv aydınlıq gətirilməsə də, 2015-ci ildə deportasiyaların beşdə bir hissəsi İsveçin iyirmi lanından (əyalət) dördünün daxil olduğu cənub regionunun payına düşüb.

Qanun keşikçiləri bildirirlər ki, geri göndərilməli olan qaçqınların çoxu hökumətdən gizlənir. Onların axtarışına iri maddi və insan resursları lazımdır. Cənub regionunun sərhəd polisinin rəisi Mikael Matsson İsveçin “TT” informasiya agentliyinə müsahibəsində deyib ki, bu məqsədlər üçün polis əməkdaşlarının sayı xeyli artırılıb(azərtac).