XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 10:57

ABŞ AB-dən idxal olunan bəzi mallara rüsumları artırır

ABŞ ticarət nümayəndəliyinin üzvləri, Fransa və Almaniyadan alınan təyyarə hissələri və şərablar da daxil olmaqla, Avropa Birliyindən idxal olunan bir sıra məhsullara tətbiq edilən rüsumları artırır.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ ticarət missiyasının açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, qurum təyyarələrin yığılmasında istifadə olunan hissələr, köpüklü olmayan şərabların müəyyən növləri, o cümlədən konyak və digər brendlər üzrə rüsumların həcminin artırıldığını elan edib.

Nümayəndəlik rüsum artımının nə zaman qüvvəyə minəcəyi barədə açıqlama verməyib, ancaq detalların “yaxın gələcəkdə” açıqlanacağı vurğulanıb.

“Reuters” qeyd edir ki, rüsum artımı təyyarə istehsalçılarına verilən subsidiyalarla bağlı ABŞ-la AB arasındakı uzunmüddətli mübahisə məsələsində yeni bir addım hesab olunur. Söhbət ABŞ-ın “Boeing” şirkəti ilə Avropa istehsalçısı “Airbus” arasında gedən məhkəmə mübahisəsindən gedir.