XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 22:32

Moskvada koronavirus:ölənlərin sayı 11 209 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib”.

Ümumilikdə şəhərdə son sutkada 5 105 olmaqla 803 203 koronavirusa yoluxma hadisəsi aşkar edilib, ölənlərin sayı 11 209 nəfərə çatıb.