XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2016 - 13:40

Putindən operativ çağırış:"Atəşi dərhal dayandırın!"

«Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda münaqişə tərəflərinin hərbi fəaliyyəti bərpa etməsindən dərin narahatlıq keçirir».

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Rusiya prezidentinin tərəfləri atəşi dərhal dayandırmağa çağırdığını deyib: "Prezident Putin atəşi dayandırmağa və əlavə insan itkisinə yol verməmək üçün təmkinli olmağa çağırıb». 

Peksovun sözlərinə görə, Putin vəziyyətin yenidən silahlı qarşıdurma halına gəlməsindən təəssüfləndiyini bildirib.