XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 14:14

Rusiya “Türkiyə-İŞİD” dosyesini BMT-yə təqdim etdi– Şok iddia

Rusiya “Türkiyə-İŞİD” işbirliyi haqqında məlumatları rəsmi olaraq BMT-ə təqdim edib.
 
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyə isə öz növbəsində vurulan Rus təyyarəsindəki pilotu Suriyada öldürən Türk vətəndaşı Alparsaln Çeliki saxlayıb. A.Çelikin üzərindən kalaşnikov markalı tapança, 2 silah və çox sayda mərmi ələ keçib.
 
Türkiyə hava sərhədində vurulan Rusiya təyyarəsindən sonra iki dövlət arasındakı münasibətlər indi daha da gərginləşəcək.
 
Hadisədən sonra Rusiya Türkiyənin İŞİD-lə işbirliyində olduğunu iddia etmişdi. İndi isə həmin iddiaları təsdiqləyən sənədi rəsmi olaraq BMT-ə təqdim edib. Təqdim edilən sənəddə Türkiyənin qeyri-qanuni yollarla Suriyada İŞİD-in nəzarətində olan əraziyə silah avadanlıqları göndərdiyi deyilir. Həmçinin, Türkiyə Milli Kəşfiyyat Təşkilatının da adı iddialarda çəkilib.
 
Sənəd Türkiyənin rus təyyarəsini vurduqdan sonrakı müddəti yəni “ 2015 noyabr və 2016 yanvar” aylarını əhatə edir. Sənəddə, Türkiyədən İŞİD hərbi qüvvələrinə silah sursat göndərdiyi, həm də yemək və məntiqi yardım göstərildiyi qeyd edilib.
 
Türkiyədəki bəzi yardım vəqfləri (Xalq və Azadlıqları müdafiə vəqfi, Xeyriyyə Vəqfi, Beşar vəqfi) vasitəsilə İŞİD-ə silah –sursat və yardım göndərildiyi də qeyd olunub. Milli Təhlükəsizlik Təşkilatı isə bütün bu işlərin arxasındakı “ gizli sponsor” kimi qələmə verilib.
 

Başqa bir iddia isə, Türkiyənin Suriyaya kimyəvi silah göndərməsidir. Rusiya iddia edir ki, Türkiyə Azez, Qamışlı və Cerablus'taki sərhəd xətti istiqamətində Suriyaya partlayıcı maddə və kimyəvi maddə göndərir.
 
Bir digər qəribə məsələ isə, bütün bu olanlardan sonra prezident R.T. Ərdoğanın dünən Vaşinqtondakı ziyarətində etdiyi çıxışında Rusiyanı işbirliyinə çağırması olub.