XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2021 - 10:25

Almaniyada COVID-19:son sutkada 553 nəfər ölüb

Ötən gün Almaniyada 22 924 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində Qərbi Avropa ölkəsində 553 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Almaniyada indiyədək 1 742 661 nəfərdə koronavirus aşkarlanıb, 33 624 nəfər bu xəstəlikdən ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)