XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 19:29

İsraildə yer 60 dərəcəyədək qızdı –FOTO

İsrail paytaxtı Təl-Əvivin mərkəzindəki İbn-Qabirol küçəsində torpaq və beton 60 dərəcəyə qədər qızıb.

31 dekabr axşamı bilinməyən bir səbəbdən iki bina arasındakı torpaq və beton 60 dərəcəyə qədər istilənib və buxar buludları yuxarıya doğru yüksəlib.

Polis də təcili olaraq bina sakinlərini təxliyə edib.

Ehtimal olunur ki, təhlükəli bir maddə sızması nəticəsində belə bir hadisə yaşanıb.

Əraziyə gedən küçələr hərəkət üçün bağlıdır. Polis, xilasetmə xidmətləri və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin briqadaları hadisə yerinə gəlib. Son saatlarda buxar meydana gəlməsinin səbəbini tapmaq üçün qazıntılar aparılıb. İşlərin bir gecədə davam edəcəyi gözlənilir. (moderator.az)