XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 18:38

Tramp əmək vizalarına məhdudiyyətin müddətini uzadıb

ABŞ Prezidenti Donald Tramp bir sıra kateqoriyalar üzrə əmək vizalarına qoyulan məhdudiyyətlərin müddətini uzadıb.

APA-nın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində əmək vizalarının verilməsinə qoyulan məhdudiyyətin müddəti 2021-ci il martın sonuna qədər uzadılıb.

Ağ Evin yaydığı məlumatda bildirilir ki, bu addım pandemiya ilə əlaqədar artan kəskin işsizlik fonunda bu dövrdə amerikalı işçilər üçün iş imkanlarının yaradılması baxımından  vacibdir.