XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 20:18

İsraildə koronavirusa qarşı peyvənd olunanların sayı 1 milyona çatdı

İsraildə milyonuncu sakin koronavirusa qarşı peyvəndlənib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a qarşı vaksinasiya dekabrın 20-də başlanıb.

Məlumata görə, birinci mərhələdə səhiyyə işçiləri, geriatriya müəssisələrinin əməkdaşları və öz nümunəsi ilə vətəndaşları vaksinasiyaya təşviq etməli olan hakimiyyət nümayəndələri peyvəndləniblər. İkinci mərhələdə isə yaşı 60-dan yuxarı və risk qrupuna daxil olan insanlara peyvənd vurulub.

Bundan başqa, İsrail noyabrın 1-də yerli istehsal olan koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb. Sınaqlar üç fazada keçiriləcək. Sonuncu fazanın aprel-may ayında keçiriləcəyi planlaşdırılır.