XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 19:10

Türkiyə Prezidenti:"Peyvəndləmə nəticəsində koronavirusa yoluxmanın azalacağına inanırıq"

Almaniya və Rusiya ilə COVID-19 peyvəndinin hazırlanması istiqamətində birgə işlərin aparılması ilə bağlı danışıqlar davam edir. Hazırda Türkiyəyə üç milyon doza peyvənd gətirilib. Peyvəndləmə işlərinin aparılması ilə koronavirusa yoluxma və bu səbəbdən ölüm hallarının azalacağına inanırıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ötən il dünyada baş verən hadisələri dəyərləndirən Türkiyə Prezidenti 2020-nin bütün insanlıq üçün çətin keçdiyini bildirib.

Qeyd edilib ki, dünənki statistika ilə birlikdə bütün dünyada COVID-19-dan ölənlərin sayı 1 milyon 819 min olub.

“İnanırıq ki, alınan tədbirlərin nəticəsi olaraq 2021 bu sahədə bir geriləmə ili olacaq. Hədəfimiz ölkəyə 50 milyon doza peyvəndin gətirilməsidir. Bununla yanaşı, Almaniyadan da bir o qədər peyvəndin gətirilməsi müzakirə olunur”,-deyə Prezident Ərdoğan bildirib(azərtac).