XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 22:23

Türkiyədə koronavirusdan daha 212 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 212 nəfər dünyasını dəyişib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 12 203 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 14 110, ağır xəstə sayı isə 3891 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 220 855 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 114 760 nəfər sağalıb, 21 093 nəfər isə vəfat edib. (apa)