XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 23:59

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 20 milyonu ötdü –Con Hopkins Universiteti

Amerika Birləşmiş Ştatlarında COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların sayı 20 milyonu keçib.

Bu barədə Birləşmiş Ştatlarda yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Mütəxəssislər ölkədə virusa 20 007 149 yoluxma halını aşkarlayıb. Məlumata görə, Birləşmiş Ştatlarda virusdan ölüm hallarının sayı isə 346,4 mini ötüb. COVID-19-a ən çox yoluxma Kaliforniyada (2,30 milyon) qeydə alınıb. Bununla yanaşı, Texasda COVID-19-a 1,77 milyon, Floridada 1,32 milyon, Nyu-Yorkda 979 min və İllinoysda 963 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir. (report)