XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 11:14

Planetin ən yaşlı adamının 118 yaşı tamam oldu

Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub.

“Report” xəbər verir ki, məlumatı yerli NHK telekanalı yayıb.

Bildirilib ki, Kane xanım Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. 2018-ci ildə ona Yerin ən yaşlı sakini fəxri adı verilib.

Məlumata görə, onun 2021-ci ilin mayında Tokioda keçiriləcək Olimpiya oyunlarının məşəlinin estafetinə qatılması planlaşdırılıb. Mayın 11-də isə arabada 200 metrlik məsafəyə qaçışda iştirak edəcək.

Tanakanın 2020-ci ildə pandemiyaya görə təxirə salınan estafetdə də iştirakı planlaşdırılmışdı.

Qeyd edək ki, koronavirusa görə 2020-ci ildə təxirə salınan Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23- avqustun 8-də Tokioda keçiriləcək.