XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 11:35

Gürcüstanda koronavirus:son sutkada 342 nəfər yoluxub, 44 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  342  yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  228 752 , ölənlərin sayı isə 2 572 nəfərə çatıb.

Virusa yoluxanlardan 217 973 nəfərin sağaldığı bildirilir.