XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 15:23

Brüssel aeroportu sərnişinlərin yalnız 20 faizinəxidmət göstərə biləcək

Martın 22-də baş verən terror aktından sonra bağlanan Brüssel hava limanı aprelin 3-dən tez fəaliyyətə başlamayacaq və ilk vaxtlar ümumi sərnişin axınının yalnız 20 faizinə xidmət göstərə biləcək.

Azərtac xəbər verir ki, Belçika polisinin həmkarlar ittifaqı və Daxili İşlər Nazirliyi uzun sürən danışıqlardan sonra güzəştlərə nail olub və qanun keşikçiləri tətili dayandırmağa razılaşıb.

Qeyd edək ki, hava limanının polisi təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən işə çıxmaqdan imtina edib. Onlar rəhbərliyə yazdıqları açıq məktubda aeroportda İŞİD-ə rəğbət bəsləyən azı 50 əməkdaşın çalışdığını bildiriblər.