XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 15:47

NTV muxalifət liderini intim görüntülərlə “vurdu”:siyasi intriqalar, dövlət pulları, gizli planlar... (VİDEO)

Rusiyanın NTV kanalında efirə gedən və qalmaqallı süjetləri ilə tanınan «ÇP.Rassledovanie» verilişinin budəfəki "qəhrəmanı" müxalifət liderlərindən Mixail Kasyanov olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, PARNAS lideri Kasyanova həsr olunan sənədli filmdə partiya sədri ilə bağlı gizli çəkilişlərə də yer verilib.

Həmin görüntülərdə müxalifət liderinin partiyadakı silahdaşı Natalya Pelevina ilə intim münasibətləri, həmçinin ikilinin digər müxalifət liderləri –  Aleksey Navalnı, İlya Yaşinlə bağlı söhbətləri də əks olunub. 

Natalya Pelevina

Mixail Kasyanov müxalifəti Navalnıya qarşı çevirmək lazım olduğundan danışıb, Natalya Pelevina isə İlya Yaşini prinsipsiz adlandıraraq onunla bağlı xoşagəlməz ifadələr işlədib.

Sənədli filmdə siyasi intriqalar, partiyanın gələcək fəaliyyətinə dair gizli planlar, dövlət vəsaitləri və s. məqamlar da əksini tapıb.

Süjetdə Kasyanova nüfuz etmək, onunla bağlı kompromat toplamaq üçün Natalya Pelevinadan istifadə olunduğu və intim görüntüləri mediaya məhz xanım siyasətçinin sızdırdığı ilə də bağlı iddialar səslənir.  

Ehtimallara görə, bu görüntülər Kasyanovun siyasi karyerasına son qoyacaq. Natalya Pelevina isə filmin qarşıdakı seçkilərdə PARNAS-ı vurmaq üçün ortaya çıxdığını və NTV kanalını məhkəməyə verəcəyini bildirib. 

https://www.youtube.com/watch?v=P8suWrxLI6s