XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 16:37

Fransada bir gecədə 861 avtomobil yandırılıb

Fransada yanvarın 1-də gecə naməlum şəxslər 861 avtomobil yandırıblar.

“Report” xəbər verir ki, məlumatı “Europe 1” radiostansiyası yayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanen yerli hakimiyyət başçılarına yeni il gecəsi yandırılan maşınların sayının açıqlanmaması ilə bağlı məktub göndərib. Nazir bununla avtomobilləri yandıranların öz aralarında “maşın yandırmaq yarışının” qarşısını almağa çalılışıb.

Bir il əvvəl yeni ilin ilk günü 1 457 yandırılan avtomobil qeydə alınıb.