XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 17:49

“Türk hava yolları” 2020-də Avropada ən çox reys həyata keçirən ikinci aviaşirkət olub

“Türk hava yolları” (THY) 2020-ci ildə gündəlik təxminən 626 uçuşla Avropada ən çox reys həyata keçirən ikinci hava yolu şirkəti olub.

Bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) aviasiya sənayesi haqqında illik hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, THY 2019-cu ildə gündəlik təxminən 1331 uçuşla dördüncü sırada yer almışdı.

Sənədə əsasən, 2020-ci ildə Avropada təxminən 5 milyon uçuş icra edilib. 2019-cu ildə bu rəqəm 11,1 milyon olub(azərtac).