Gürcüstan hökuməti 2021-ci ildə xarici dövlət borcunun ödənilməsinə 27,7 milyard lari sərf edəcək.
Bu barədə Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsinin xərclər bölməsində qeyd olunub.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində Gürcüstanın dövlət borcunun ümumi həcmi 33,7 milyard lari göstərilib. Bunun da 27,7 milyard larisi xarici dövlət borcudur.
Gürcüstan, həmçinin 2021-ci ildə beynəlxalq münasibətlər üçün 173 milyon 725 min lari xərcləyəcək. Buraya beynəlxalq tədbirlərin təşkili, beynəlxalq tədbirlərdə iştirak və üzvlük haqları daxildir(azərtac).