XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 18:52

Boris Consonun atası Fransa vətəndaşlığı almaq üçün müraciət edib

Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Fransa vətəndaşlığı almaq üçün müraciət edib.

80 yaşlı Stenli Conson yanvarın 1-də Brexitdən sonra Avropa İttifaqı ilə əlaqələrini davam etdirmək üçün Fransa pasportu almağa qərar verib.

Avropa Parlamentinin sabiq üzvü olan Stenli Conson 2016-cı ildə keçirilmiş referendumda Britaniyanın İttifaqın üzvü kimi qalmasının lehinə səs verib. O bildirib ki, “Anam Fransada anadan olub. Onun anası da tamamilə fransız idi. Beləliklə, bu qərar mənim üçün var olanı geri qaytarmaqdır. Bu da məni çox xoşbəxt edir”.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üçün həyata keçirilən Brexit kampaniyasına oğul Conson başçılıq edirdi(azərtac).