XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 20:58

“Ən geci apreldə Türkiyə istehsallı peyvəndin istifadəyə hazır olması planlaşdırılır”- Ərdoğan

Türkiyə tərəfindən hazırlanan koronavirus peyvəndinin ən geci aprel ayında istifadəyə hazır olması planlaşdırılır. Dünyanın iqtisadi baxımdan sarsıldığı bir vaxtda əsas hədəfimiz ölkəmizi ən yüksək səviyyəyə çatdırmaqdır. Bu işdə heç kim bizim qarşımızı kəsə bilməyəcək. 2021-ci ili islahatlar ilinə çevirəcəyik. Böyük və güclü Türkiyə üçün lazımi tədbirlər görəcəyik. Bunun üçün geniş hazırlıqlar aparılır. Hədəflərimizə daha asan çata biləcəyimiz bir şərait yaratmaqda fikrimiz qətidir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Elazığ Kömürhan Körpüsü və Bağlantı Tüneli”nin açılış mərasimində bildirib.

Prezident Ərdoğan bildirib ki, tamamilə daxili qaynaqlar hesabına inşa edilən bu körpü Türkiyənin mühəndislik sahəsindəki gücünün və imkanlarının rəmzlərindən biri olacaq.

Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərini birləşdirən bu körpünün tikintisi 720 milyon türk lirəsinə başa gəlib(azərtac).