XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 21:02

Türkiyədə COVID-19-dan 202 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 202 nəfər ölüb. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə  11 180 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 11 672, ağır xəstə sayı isə 3 764 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən xəstələrlə yanaşı, 2 232 035 nəfərdə yoluxma qeydə alınıb, onlardan 2 126 432 nəfər sağalıb, 21 295 nəfər isə ölüb. (apa)