Polşa prezidenti Komorovski prezident seçkilərində Yaroslav Kaçinskinin adamına uduzdu.
Polşa və bütün Avropa üçün qara bazar günü: prezident seçkilərinin ikinci turunda millətçi-populistlər və Yarek Kaçinskinin “Hüquq və Ədalət” partiyasından avroskeptiklər qalib gəldilər. AB və NATO-nun əsas tərəfdaşı kimi Varşavanın gələcəyi sual altında göründü və oktyabrdakı parlament seçkilərində sağa dönüş qaçılmaz görünür.
Sağ qüvvələrin namizədi Ancey Duda dövlətin yeni başçısı olacaq: ilkin hesablamalara görə, o, 53%, indiki prezident Komorovski isə 47% səs yığıb.
Qoca qitənin tutqun perspektivləri… Angela Merkel, Jan-Klod Yunker, NATO Polşa dayağını itirməyə başlayırlar.
Anlamaya tənqidi münasibətdən məhrum olan çağdaş solçu qüvvələr, “The Financial Times”-ın bu qədər sevdiyi Polşa liberalları qüruba yaxındır və Putinlə azad dünya arasındak qarşıdurmada qaliblərin rus xofu əhvali-ruhiyyəsinə münasibətdə əndişələri heç vaxt olmadığı qədər ciddi görünür.
İki Polşanın – müasir, kürəsəl, şəhər Polşasının və papa Fransiskə düşmən olan Kilsənin təhrik etdiyi kənd Polşasının əbədi mübahisəsində çağdaşlığın əleyhdarları qalib gəldilər.
Və ən pisi: antisemit ruhu hiss olunmağa başlayır. Duda bildirib ki, Xolokostdan salamat keçmiş iki yəhudi qızından bəhs edən “İda” Polşa filminə verilmiş “Oskar”ı geri qaytarmaq niyyətindədir.
Аndrea Tarkuini
“La Repubblica” (İspaniya), 25.05.2015