XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2021 - 23:59

Dünyada koronavirus:yoluxanların sayı 84 milyonu keçib

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 84 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 84 084 024 nəfərə çatıb. Onlardan 1 829 683 nəfəri ölüb, 47 420 286 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (20 138 931), Hindistanda (10 305 788) və Braziliyada (7 700 578) qeydə alınıb.