XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2021 - 10:00

Şənliyə gələn 1,6 mindən çox insan cərimələnib –Fransada

Fransanın hüquq mühafizə orqanları ölkə ərazisində yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin qaydalarına baxmayaraq Brutan bölgəsində gizli keçirilən şənliyi dayandırıblar.

Bu barədə Fransa daxili işlər naziri Jerald Dermanen məlumat verib.

Qeyd edək ki, Fransanın hər yerindən, hətta xaricdən gələn təxminən 2,5 min nəfər şənlikdə iştirak edib. Jandarmalar orada olan şəxsləri ərazidən uzaqlaşdırmağa çalşısalar da tərəflər arasında qarşıdurma yaranıb.

Nəticədə üç jandarma yaralanıb, qanunsuz təşkil edilən şənlikdə iştirak edənlər jandarmanın avtomobilini yandırıblar. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları şənliyə gələn 1,6 mindən çox insana cərimə yazıblar. Karantin rejimi qaydalarını pozan 1 225, digər pozuntu halları ilə bağlı 425 nəfər cərimə edilib” – deyə nazir bildirib.