Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 594 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 229 763, ölənlərin sayı isə 2 628 nəfərə çatıb.
Virusa yoluxanlardan 222 405 nəfərin sağaldığı bildirilir. (apa)