XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2021 - 14:05

Rusiyada koronavirus:son sutkada 482 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 23 351 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 260 138 nəfərə çatıb.

Son sutka ərzində 482 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 988 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir. (apa)