Vyetnamda ictimai təhlükəsizlik naziri Çan Day Kaunq ölkə prezidenti seçilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin andiçmə mərasimi bu gün baş tutub.
Vyetnam Milli Şurasında keçirilən səsvermənin nəticələrinə görə, keçmiş prezident Çıonq Tan Şanq vəzifədən azad olunub. Yaxın günlərdə ölkə parlamenti yeni baş naziri də təyin edəcək.
Ehtimallara görə, bu postu hazırkı baş nazirin müavini Nquen Suan Fuk tutacaq.