XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 09:30

Meksika Culian Assanja siyasi sığınacaq verəcək –Prezidentdən açıqlama

Meksika Birləşmiş Ştatlarının prezidenti Andres Manuel Lopes Obrador ölkəsinin “WikiLeaks” saytının banisi Culian Assanja siyasi sığınacaq verəcəyini bəyan edib.

“Ria Novosti” xəbər verir ki, Prezident keçirdiyi mətbuat konfransında bununla bağlı müvafiq sənədlərin hazırlanması üçün xarici işlər nazirinə göstəriş verəcəyini bildirib.

Meksika lideri London Mərkəzi Cinayət Məhkəməsinin hakiminin Culian Assanjla bağlı verdiyi qərarı alqışlayıb və bunu ədalətin təntənəsi adlandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “WikiLeaks” saytının banisi Culian Assanjın ekstradisiyası barədə ABŞ hakimiyyətinin sorğusuna rədd cavabı verib. Əgər Assanj ABŞ-a ekstradisiya olunarsa, onu 175 il həbs cəzası gözləyir/Report.