XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 10:04

Britaniyada karantin qaydaları yenidən sərtləşdirildi –Orta məktəblər də onlayn təhsilə keçəcək

Bu gün Boris Conson xalqa 8 dəqiqəlik videomüraciət edərək İngiltərədə yenidən sərtləşdirilmiş milli karantin tətbiq ediləcəyini bildirib. 

Məlumata görə, Baş nazir ötən ilin mart ayında olduğu kimi, insanları yenidən evdə qalmağa və zərurət olmadığı halda evdən çıxmamağa səsləyib. O, koronavirusun yeni variantının sürətlə çoxaldığını, bunun qarşısını almaq üçün belə bir addım atmağın vacibliyini qeyd edib.

Qəbul edilən yeni qaydalara əsasən, inşaat və mağaza sektorundan başqa, bütün sahələrdə çalışan işçilər evdən işləyəcəklər. İnsanlar yalnız gündə bir dəfə idman etmək, başqa yardıma ehtiyacı olan insanların qayğısına qalmaq, ya da tibbi ehtiyacları qarşılamaq üçün evdən çıxa biləcəklər.

Yeni qaydalara əsasən, ibtidai, orta məktəblər, kolleclər sabahdan etibarən onlayn təhsilə keçəcəklər.

Qeyd edək ki, sərtləşdirilmiş karantin ötən ilin mart ayından etibarən İngiltərədə tətbiq edilən üçüncü milli karantindir. Yeni karantinin fevral ayının əvvəlinə qədər davam edəcəyi gözlənilir/APA.