XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 15:48

İran uranı 20 faizədək zənginləşdirdiyini elan edib

“Dekabrın 4-də təxminən axşam saat 7-də uranın 20 faizədək zənginləşdirilməsinə nail olduq”.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib.

Qeyd edək ki, İran Fordodakı nüvə obyektində uranı 20 faiz səviyyəsində zənginləşdirməyə başlayıb. Bir müddət əvvəl İran parlamenti “Sanksiyaların ləğvi üzrə strateji tədbirlər haqqında” qanun layihəsini ratifikasiya edib.

Xatırladaq ki, uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi hərbi məqsəd üçün istifadə edilə bilər/Report.