XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 16:15

Qətər əmiri Səudiyyə Ərəbistanına səfər edib

Qətər əmiri şeyx Təmim bin Həməd Al-Tani Səudiyyə Ərəbistanına səfər edib.

“Arab News”ın verdiyi xəbərə görə, Qətər əmirini hava limanında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qarşılayıb.

Qətər əmiri Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz ölkələri Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.

Qeyd edək ki, yanvarın 4-də Səudiyyə Ərəbistanı 3 illik aradan sonra Qətərlə hava, su və quru sərhədini açdığını bəyan edib. Sammit çərçivəsində iki ölkə arasında sazişin imzalanacağı da gözlənilir.

Sammit zamanı Yəməndə davam edən müharibə, ABŞ-la və yeni seçilmiş prezident Co Bayden administrasiyası ilə gələcək münasibətlər müzakirə olunacaq.

Xatırladaq ki, Misirin xarici işlər nazirinin də sammitdə iştirakı gözlənilir/APA