İranda COVID-19-un yeni ştammı aşkar edilib.
“RİA Novosti” xəbər verir ki, bunu dekabrın 5-də İranın səhiyyə naziri Səid Nəməki bildirib.
“Təəssüf ki, koronavirusun Britaniyada aşkar olunan ştammına krallıqdan qayıdan həmvətənimiz də yoluxub. Bu, İranda ilk hadisədir”, – o, deyib.
Qeyd edək ki, COVID-19-un Britaniya ştammı Türkiyə və Gürcüstanda da aşkarlanıb.
Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib/Report.