XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 23:09

Serbiyada partlayış:42 yaralı var

Serbiyanın Metoxiya muxtar diyarının Uroşevas şəhərində kafedə baş vermiş partlayış nəticəsində azı 42 nəfər xəsarət alıb.

Bu barədə yerli prokurorluğa istinadən RTS telekanalı bildirib.

“Kafedə partlayış nəticəsində azı 42 insan zərər çəkib. Yaralılar arasında iki uşaq da var. Dörd nəfər ağır vəziyyətdədir”, – açıqlamada deyilir.

Qeyd edilir ki, 12 zərər çəkmiş Priştina kliniki mərkəzinə çatdırılıb, 22 yaralı isə Uroşevas şəhərinin xəstəxanasına yerləşdirilib.

Hazırda ərazidə yanğınsöndürənlər işləyirlər, hadisənin başvermə səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisəyə qaz balonunun partlaması səbəb olub/Report.