XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 10:00

ABŞ-da koronavirus:yoluxma sayı 21 milyonu ötüb

ABŞ-da indiyədək yeni növ koronavirusa 21 036 174 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 357 067-yə çatıb.

Belə bir məlumatı federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti təqdim edilib.

Ən çox yoluxma Kaliforniya (2,45 milyon), Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon) və İllinoys (984 min) ştatlarında qeydə alınıb.

ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə dünyada birinci yerdədir.

Son məlumatlara görə, ABŞ-ın üç ştatında – Kaliforniya, Kolorado və Florida – koronavirusun mutasiyaya uğramış (“Britaniya” variantı) yeni növünün daşıyıcıları da aşkar edilib. Ekspertlər bu növ virusun 70% daha çox yoluxucu ola biləcəyi qənaətindədir.