XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 12:54

Türkiyə iqtisadiyyatı pandemiyaya rəğmən ötən il 0,5% artıb- Dünya Bankı

Dünya Bankının ilkin qiymətləndirməsinə görə, COVID-19 pandemiyasının iqtisadiyyata əhəmiyyətli təsirinə baxmayaraq 2020-ci ildə Türkiyənin ÜDM-i 0,5% artıb.

Bu barədə “APA-Economics” Dünya Bankının “Global Economic Prospects” hesabatına istinadən xəbər verir.

Bildirilir ki, 2021-ci ildə yerli tələbatın tədricən artması sayəsində ölkədə ÜDM-in artım tempi 4,5%-dək sürətlənəcək. 2022-ci ildə isə ÜDM-in 5% artacağı proqnozlaşdırılır.

Bank qeyd edir ki, faiz dərəcələrinin artımına baxmayaraq, Türkiyə lirəsi ABŞ dollarına qarşı rekord səviyyədə minimuma endi, bu da ölkənin xarici balanslarını zəiflədərək əlavə kontrsiklik siyasətin tətbiqini məhdudlaşdırdı.