XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 14:24

Gürcüstanda koronavirusun yeni ştammları yayılıb

“Gürcüstanda koronavirusun Asiya və Avropa ştammları yayılır. Biz ölkədə virusun bu növlərinə qarşı mübarizə aparırıq”.

Bu sözləri Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin sədrinin müavini Paata İmnadze ölkənin “Palitranews” televiziya kanalının “360 dərəcə” verilişindəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, sağlam orqanizmlər daim mutasiya olunur. Viruslar təbiətə uyğun olaraq öz formasını çox tez dəyişir. İlk dəfə koronavirus Çindən Avropaya keçərkən mutasiya olundu və yayılma sürətinə görə, yeni Avropa ştammı adını alıb.

P.İmnadze deyib ki, hazırda Gürcüstanda koronavirusun Asiya və Avropa ştammlarına qarşı mübarizə aparılır.

Yeni növ virusun daha tez yayılması və insanların yoluxması ilə bağlı sualı cavablandıran İmnadze deyib: “Hələlik bununla bağlı konkret nəticə yoxdur. Amma qısa kontakt zamanı virusa yoluxma halı istisna edilmir. Bunun qarşısını almaq üçün məsafə qoruyucu tibbi maskadan istifadə hökmən vacibdir. Bunlara əməl olunmasa vəziyyət çox ciddi olacaq”(azərtac).