XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 15:15

Paşinyan özünü təcrid edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki epidemioloji vəziyyətlə əlaqədar özünü təcrid edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu baş nazirin mətbuat katibi Mane Gevorkyan deyib.

Eyni zamanda o, N.Paşinyanın yoluxub-yoluxmadığı, sağlamlıq vəziyyəti barədə məlumat verməyib.

Xatırladaq ki, Nikol Paşinyan ötən ilin martında koronavirusa yoluxduğunu açıqlamışdı. Bununla əlaqədar onun Moskvaya işgüzar səfəri təxirə salınmışdı.

Qeyd edək ki, ötən gün ölkə prezidenti Armen Sarkisyanın Londonda koronavirusun yeni növünə yoluxduğu açıqlanmışdı..