XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 19:54

London məhkəməsi Assanjı girov müqabilində azadlığa buraxmaqdan imtina edib

Londonun Vestminster rayonunun Magistrlar Məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Assanj daha əvvəllər girov müqabilində sərbəst buraxılma şərtlərini pozduğuna görə azadlığa çıxa bilməyib. Məhkəmə eyni əsaslarla vəkillərin əvvəlki bütün vəsatətlərini də rədd etmişdi.

İndi o, ABŞ-ın ekstradisiya ilə bağlı müraciəti üzrə apellyasiyaya baxılana qədər həbsdə qalacaq.

Xatırladaq ki, yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsi Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd etmişdi.