Türkiyədə bu gecədən etibarən benzinin 1 litrində 11 kuruş (4,8 qəpik) artım olacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyi bu barədə məlumat yayıb.
Qurumdan bildirilib ki, 11 kuruşun 4 kuruşu Xüsusi İstehlak Vergisi tərəfindən qarşılanacaq.