XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 22:23

Cənubi Koreya İrana nümayəndə heyəti göndərəcək- Səbəb

İran tərəfindən Körfəzdə həbs edilən Cənubi Koreyaya məxsus tankerin və onun heyətinin buraxılması ilə bağlı danışıqlar aparmaq üçün Seuldan nümayəndə heyəti Tehrana gedəcək.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin idarə rəisi rəhbərlik edəcək. Bir neçə gün sonra isə nazir müavini səviyyəsində nümayəndə heyətinin İrana yola düşməsi planlaşdırılıb. Nazirlik İran tərəfinin əvvəlcə məsələnin müzakirəsinə soyuq yanaşdığını, amma sonradan danışıqlara razılıq verdiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Cənubi Koreyaya məxsus tankeri ətraf mühit qaydalarına riayət etmədiyi üçün Körfəzdə saxlayıb. Ardınca gəminin heyət üzvünə cinayət işi açılması barədə məlumatlar yayılıb. Gəminin operatoru isə ətraf mühitin çirkləndirilməsi ilə bağlı iddiaları rədd edib.