XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 00:12

Britaniyada sutkada koronavirusdan 1000-dən çox ölüm halı qeydə alınıb- Apreldən bəri ilk dəfə

Koronavirusa yoluxmuş Böyük Britaniya sakinləri arasında sutka ərzində qeydə alınan ölüm sayı aprel ayından bəri ilk dəfə 1000 nəfəri keçdi.

Trend-in məlumatına görə, son 24 saat ərzində rekord 62,3 min yoluxma faktı da qeydə alınıb.

Ölkə hökuməti bildirib ki, sutka ərzində 1 041 nəfər koronavirusdan vəfat edib.

Son dəfə bu cür rəqəmlər epidemiyanın bahar dalğasının pik nöqtəsinə çatanda müşahidə olunurdu. 1224 ölüm halı ilə anti-rekord isə 21 aprel tarixində qeydə alınıb.