XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 12:08

ABŞ-ın keçmiş prezidentləri ölkədəki gərginlikdən danışdı:"Bu, millətimiz üçün böyük biabırçılıq və utancdır"

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda Kapitoli təpəsində baş verən hadisələr barədə bəyanatla çıxış edib.

RBK xəbər verir ki, o, hazırkı prezidentin təhriki ilə həyata keçirilən Konqres binasına basqının ABŞ tarixinə böyük biabırçılıq anı kimi düşəcəyini söyləyib.

“Tarix haqlı olaraq qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki ilə yaranan bugünkü Kapitoli vəhşiliyini millətimiz üçün böyük biabırçılıq və utanc anı olaraq xatırlayacaq”, – Obama “Twitter”də yazıb.

Obamanın fikrincə, mövcud şəraitdə respublikaçılar ilk addımı özləri atmalı və aranı sakitləşdirməlidirlər. O, Respublikaçılar Partiyasının Prezident Donald Trampın siyasətinə qarşı çıxan tərəfdarlarını dəstəkləyib.

Obamadan başqa, bir neçə keçmiş ABŞ prezidenti də Vaşinqtonda baş verənləri qınayıb.

Bill Klinton Tramp tərəfdarlarının Kapitoliyə basqının eyni zamanda bütün ölkəyə və Konstitusiyaya hücum olduğunu söyləyib. “Bu hücum qəsdən dezinformasiya yayan, siyasi sistemimizə inamsızlıq səpən və amerikalıları bir-birinə qarşı yönəldən, dörd ildən çoxdur aparılan zəhərli siyasətdən qaynaqlanıb”, – Klinton vurğulayıb.

O, Konstitusiyada nəzərdə tutulduğu kimi, hakimiyyətin dinc yolla ötürülməsinin başa çatdırmasını tələb edib.

Kiçik Corc Buş isə Kapitolidəki hadisələri izləyərkən gözlərinə inanmadığını söyləyib.

“Bu, seçki nəticələrinə hansısa banan ölkəsində edilən etiraz idi, bizim ölkədə belə şey ola bilməz. Seçkidən sonra bəzi siyasi liderlərin ehtiyatsız davranışları və bu gün qurumlarımıza, adət-ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni şoka saldı”, – o, bildirb/Report.