XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 16:20

Almaniya prezidenti:"Vaşinqtondakı hadisələr yalanın nəticəsidir"

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Vaşinqtondakı iğtişaşları qınayaraq “yalanın nəticəsi” olaraq dəyərləndirib.

AP xəbər verir ki, Berlində nitq söyləyən dövlət başçısı bununla bağlı deyib:

“Gördüyümüz mənzərə yalanın və bir daha yalanın, bölünmənin və demokratiyaya hörmətsizliyin nəticəsidir, ən yüksək səviyyədə də özünü göstərən nifrətin və təhrikçiliyin nəticəsidir”.

Hadisələri Birləşmiş Ştatlar üçün tarixi dönüş nöqtəsi kimi və liberal demokratik dəyərlərinə qəsd olaraq dəyərləndirən Almaniya prezidenti əlavə edib: “Amma mən Amerika demokratiyasının bu nifrətdən daha güclü olduğuna əminəm”.

2020-ci ilin avqust ayında Berlində koronavirusa qarşı məhdudlaşdırıcı tədbirlərdən narazı qalan sağçı kütlənin Bundestaq binasına hücumunu xatırladan dövlət başçısı bildirib: “Odur ki, bu gün hamımız üçün bu ismarıcı yollayıram: nifrət və təhrikçilik demokratiyaya təhlükədir, yalan demokratiyaya təhlükədir, zorakılıq demokratiyaya təhlükədir”.

Xatırladaq ki, ötən gün ABŞ Konqresi iclas zamanı hazırkı prezident Donald Trampın tərəfdarlarının hücumuna məruz qalıb. İğtişaşlar nəticəsində 4 nəfər ölüb, onlarla yaralı və saxlanılan var. Senatorlar təxliyə olunsa da, sonradan geri qayıdaraq iclası davam etdiriblər. Nəticədə 3 noyabr seçkilərində Demokratlar Partiyasının namizədi Cozef Baydenin qələbə çalması təsdiqlənib/Report.