XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 19:40

Bayden Merrik Qarlandı baş prokuror vəzifəsinə namizəd göstərib –FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsinin baş hakimi Merrik Qarlandı baş prokuror vəzifəsinə namizəd göstərib.

Bu barədə Bayden ofisinin açıqlamasında deyilir.

Bəyanatda Liza Monakonun da baş prokuror müavini vəzifəsinə namizəd göstərildiyi qeyd olunub.

Qarland sabiq prezident Barak Obama tərəfindən prezidentliyinin son ilində (2016) Ali Məhkəməyə namizəd göstərilməsi, ancaq respublikaçıların onun namizədliyini müzakirə etməkdən belə imtina etməsi ilə tanınır.

Qeyd edək ki, ABŞ baş prokuroru Ədliyyə Nazirliyinə rəhbərlik edir və eyni zamanda FTB də daxil olmaqla, bir sıra xüsusi xidmət orqanlarını koordinasiya edir/Report.