Son sutkada Pakistanda COVID-19 virusuna 2481 nəfər yoluxub, pandemiya dövründə belə pasiyentlərin sayı 495 min 75 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda COVID-19-dan 50 xəstə həyatını itirib, ölənlərin ümumi sayı 10 min 511 nəfərə çatıb.
Xəstəxanalarda 34 min 49 pasiyent olduğu bildirilir, onların 2 min 251-i ağır vəziyyətdədir.
Qeyd olunur ki, pandemiya dövründə ölkədə 450 min 515 xəstə sağalaraq evə buraxılıb.
Ölkədə indiyədək 6 milyon 964 min 337 test edilib/Azərtac.