XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 21:26

Kapitoliyə hücum:Vaşinqtonda nələr baş verib?

Yanvarın 6-da Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binası önündə izdihamlı mitinqi zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Bundan sonra nümayişçilər ABŞ prezidenti seçkilərinin ratifikasiyası keçirilən Konqresin binasına girib və onu bir neçə saatlığa zəbt ediblər.

Reuters agentliyi bu hadisələri 1814-cü ildən bəri Konqresə ən dağıdıcı hücum adlandırıb. O vaxt tarixi bina ingilis ordusu tərəfindən yandırılmışdı.

Xatırladaq ki, Vaşinqtonda yerləşən Kapitoli binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər ölüb. Konqresin iclası yarımçıq dayandırılıb, konqresmenlərin bir hissəsi təxliyə edilib. İğtişaşları yatırılmasına milli qvardiya cəlb edilib və Vaşinqtonda komendant saatı elan olunub. Aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb.

Etirazçılar binadan çıxarıldıqdan sonra Konqres müzakirələri bərpa edib və Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.

Kapitolinin qarşısında və Konqresin binasında nələr yaşandığını hadisə zamanı çəkilmiş fotolarda daha aydın görmək olar(azərtac).